Türkiyə və Çin yeni dönəm başlada bilər

 10:31 18.04.2021     48

PUA bazarına ABŞ və İsrailin liderlik etməsinə baxmayaraq, həm Çin, həm də Türkiyə bu sahədə yeni dönəm başlada bilər.

Axar.az xəbər verir ki, bunu türk politoloq Furkan Xalid Yolcu ölkə mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində baş tutan vətəndaş müharibəsinin genişlənməsi bölgədə silahlı qruplaşmaların artmasına səbəb olub:

“Bu qruplaşmalarla mübarizə aparan dövlətlərin PUA-ya tələbi 2010-cu ildən bu yana 400 faiz artıb. Bunu fürsət kimi görən ABŞ, Çin və İsrail PUA ixracında xeyli qazanc əldə edib. Hətta BƏƏ kimi güclü müdafiə sənayesi olmayan ölkə də Nigeriya və Əlcəzairə PUA-lar satır. Digər tərəfdən, Çin PUA ixracında ABŞ-ın ən böyük rəqibinə çevrilib.

Türkiyə də etibarlı, dünya standartlarına uyğun PUA-lar ixrac etməklə, bu sahədə böyük qazanclar götürə bilər.

Bildiyiniz kimi, PUA bazarının 55 faizinə ABŞ, 25 faizinə isə İsrail nəzarət edir. Buna baxmayaraq, Çin və Türkiyə də bu sahədə yeni dönəm başlada bilər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552562.html