İranın UF6 istehsalına başlaması təsdiqləndi

 10:41 18.04.2021     40

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın Natanz şəhərində nüvə obyektində uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi təşkilatın açıqlamasına istinadən bildirib.

AEBA-da bildirilib: "İran 60 faiz (izotop) səviyyəsinə qədər zənginləşdirilmiş UF6 [uran heksaflorid] istehsalına başlayıb".

Eyni zamanda, təşkilatın Reuters-in sərəncamında olan məxfi hesabatında qeyd olunub: "<...> müəssisədə istehsal olunan UF6 zənginləşdirmə səviyyəsinin, İranın agentliyə bildirdiyi kimi, 55,3 faiz U-235 təşkil edib".

AEBA əməkdaşları məlumatların doğru olub olmadığını yoxlamaq üçün Natanz müəssisəsindən zənginləşdirilmiş uran nümunəsini araşdıracaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/940673.html