Bakıdan dönən kimi Putin mənə zəng etdi - Lukaşenko

 10:45 18.04.2021     36

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə telefon danışığında ABŞ xüsusi xidmət orqanları tərəfindən həyatıma sui-qəsd cəhdi ilə bağlı məsələni gündəmə gətirib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko danışıb.

Lukaşenko bildirib ki, Azərbaycandan qayıtdıqdan dərhal sonra Putin ona zəng edib və bu söhbətin nəticələrindən danışıb. Belarus lideri öz növbəsində Putinə təşəkkürünü bildirib.

Qeyd edək ki, ötən gün A.Lukaşenko özünə və övladlarına qarşı sui-qəsd planı hazırlandığını, lakin FTX tərəfindən qiyamçıların saxlanıldığını bəyan edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/353203.html