Türkiyədə daha bir zəlzələ oldu

 11:03 18.04.2021     36

Türkiyənin Mərmərə dənizi sahillərində 3,6 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7, kilometr dərinliyində, Yalova şəhərinin Armudlu rayonuna 21,5 kilometr yaxınlıqda baş verib.

Qeyd edək ki, dünən Türkiyənin Muğla şəhərinin Datça rayonunda 3.9 və 4.8 bal gücündə iki zəlzələ baş vermişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552642.html