İranla Səudiyyə danışıqlara başladı: İlkin razılıq…

 11:14 18.04.2021     36

Səudiyyə Ərəbistanı və İranın yüksək səviyyəli rəsmiləri beş il əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa etmək üçün birbaşa danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu “Faynenşl Tayms” qəzeti öz mənbələrinə istinadla yazıb.

Nəşrin məlumatına görə, danışıqlar aprelin 9-da Bağdadda İraqın Baş naziri Mustafa Kazıminin vasitəçiliyi ilə aparılıb.

Danışıqlarla husilərin hücumları ilə bağlı da müzakirə aparılıb və uğurlu alınıb.

Danışıqların gələn həftə də davam etdiriləcəyi bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552638.html