Hindistanda koronavirus xəstəxanasında yanğın - Ölənlər var

 11:14 18.04.2021     37

Hindistanda koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti polisə istinadən bildirib.

Məlumata əsasən, yanğın Raypur şəhərində yerləşən xəstəxanada olub.

Hadisə nəticəsində ən azı dörd nəfər həlak olub.

Bildirilib ki, yanğına səbəb ventilyatorda qısa qapanma olub, bundan sonra alov digər palatalara yayılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/940707.html