Bu ölkədə küçədə maska ​​taxma tələbi ləğv edildi

 11:21 18.04.2021     40

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:

"Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska ​​taxmamağa icazə verilir".

Bununla yanaşı, Səhiyyə Nazirliyi açıq görüşlərdə iştirak edərkən qoruyucu maskalardan istifadə etməyə davam etməyi tövsiyə edib.

Şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska ​​taxmaq məcburiyyət olaraq qalır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/940709.html