İranda da güclü zəlzələ oldu

 11:34 18.04.2021     36

İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən məlumat verilib.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat haqda məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552652.html