Hadisə və Əbru arasında Rza Zərrab davası - ABŞ-a gizli səfər

 11:53 18.04.2021     44

Artıq iki gündür ki, Türkiyə mətbuatında Əbru Gündəşin ərinin onun yaxın rəfiqəsi Hadisə ilə xəyanət etməsi ilə bağlı iddiaları müzakirə olunur.

Axar.az Müsavat.com-a istinadla xəbər verir ki, Əbru Gündəş 11 ildir ki, evli olduğu həyat yoldaşı, məşhur biznesmen Rza Zərrabın uzun illərdir ən yaxın rəfiqələrindən biri olan Hadisə ilə ona xəyanət etdiyini və buna görə boşandığını deyib.

Müğənni Hadisə qalmaqala səssiz qalmayaraq, sosial şəbəkədə paylaşım edib. Sənətçi əsassız və yalan fikirlər səsləndirənlərin hüquq müstəvisi çərçivəsində cəzalandırılacağını bildirib: “Haqqımda bu əsassız iddiaları səsləndirənlər mənə açıqlama verməli olacaqlar. Heç kim namusumu ləkələyə bilməz!”

Qeyd edək ki, Əbru Gündəş Hadisənin onun əri Rza Zərrabla münasibətdə olduğunu sübut edəcək şahidlərin olduğunu da bildirib. Məlumata görə, Gündəşin qızının dayəsi də şahidlər arasındadır.

İddialara görə Hadisə Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmək üçün Türkiyədən ABŞ-a gizli gedib və hər görüşdə ehtiyatlı davranıb.

Türkiyə mediasında indi ən çox Hadisə ilə Əbru Gündəşin yenidən "O səs Türkiyə"də birgə münsif masasında oturub-oturmayacağı müzakirə edilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/maqazin/552653.html