Yaponiyada güclü zəlzələ olub

 12:01 18.04.2021     43

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.

Bildirilib ki, zəlzələnin episentri Miyaqi prefekturasında olub. Təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib, lakin tektonik zərbədən dərhal sonra xəbərdarlıq geri götürüldü.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/940672.html