"Messinin klubda qalacağından əminəm"

 12:14 18.04.2021     41

"Barselona"nın prezidenti Joan Laporta "Atletik"lə İspaniya kubokunun final matçından (4:0) sonra komadanın qələbəsi və kapitan Lionel Messinin klubdakı gələcəyi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 58 yaşlı rəhbər açıqlamasında deyib:

"Mükəmməl bir rəqibə qarşı əla final oyunu keçirdik. Ümid edirəm ki, bu, komandanın mənim prezidentliyim altında qazandığı uzun titullar seriyasında ilk kubokdur. Messi isə dünyanın ən yaxşısıdır.  Klubla güclü bağı var. Əminəm ki, qalmaq istəyir və onu saxlamaq üçün əlimizdən gələni edəcəyik. Bu gün böyük bir komanda tərəfindən dəstəkləndiyini gördük. Uzun müddətdir ki, komanda kubok qaldırmırdı qeyd etmirdik. Kuman və komandası əla işlər görür. Mən onlar üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Messi ötən gecə keçirilən "Atletik"lə matçda dubl edib.

Mili.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/940730.html