Əfqanıstanda məscidə hücum: 8 nəfər öldürüldü

 12:15 18.04.2021     43

Əfqanıstanın Nanqarhar əyalətində silahlı hücum nəticəsində səkkiz nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Tolo Nyus” telekanalı məlumat yayıb.

Əyalət rəhbərinin sözlərinə görə, hadisə Cəlalbad şəhərində, məsciddə şənbə günü axşam olub. Naməlum silahlılar dua edən bir ailənin üzvlərinə atəş açıblar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552658.html