“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik etdi

 14:12 19.04.2021     33

“The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqaləsinə düzəliş vermək qərarına gəlib.

Publika.az-ın xəbərinə görə, yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.

Əlavə edilib ki, bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib.

“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb: “Bazar ertəsi günü şirkət etibarsız davranış qaydalarını pozan və "The Guardian" tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib. Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/353343.html