Hətta Finlandiya da Navalnıya görə Rusiyanı ittiham etdi

 14:13 19.04.2021     32

Aleksey Navalnının aclıq aksiyasına görə məsuliyyəti Rusiya hakimiyyəti daşıyır.

Axar.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekki Xaavisto deyib.

Onun sözlərinə görə, Rusiyada siyasi haqların reallaşdırılmasının pisləşməsi narahatlıq yaradır.

Xaavisto AB-dəki bütün ölkələrin Navalnının dərhal tibbi yardım almasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Navalnı artıq iki həftədir aclıq aksiyası keçirir. Onun aclıq aksiyası Qərbin Rusiyaya qarşı kəskin etirazlarına səbəb olub. Hətta ABŞ rəsmən Navalnı öləcəyi təqdirdə bunun nəticələrinin necə olacağı barədə Putinə xəbərdarlıq edildiyini bildirib.

Finlandiya müstəqilliyi ərzində xarici siyasətində daim Rusiyanı nəzərə alıb və onu sərt tənqid etməkdən yayınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552891.html