Tehran-Ər-Riyad gizli danışıqları? – İran təkzib etmədi

 14:19 19.04.2021     40

Tehran hər zaman Ər-Riyadla dialoq tərəfdarı olub.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Biz bu məlumatları KİV-lərdə görmüşük. Vacib odur ki, İran hər zaman Səudiyyə Ərəbistanı krallığı ilə dialoqu alqışlayır. Bu cür yanaşma saxlanılacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Faynənşl Tayms” qəzeti öz mənbələrinə istinadən Səudiyyə Ərəbistanı və İran arasında Bağdadda diplomatik münasibətlərin bərpası üçün birbaşa danışıqların aparıldığına dair məlumat yaymışdı. Bu məlumat sonradan İran və Səudiyyə Ərəbistanına yaxın media qurumları tərəfindən rədd edilmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552884.html