Ekspres test hazırlandı - Peyvənddən sonra anticisimləri müəyyənləşdirəcək

 14:24 19.04.2021     30

Rusiyanın "Rapid BİO" şirkəti "Avivir" əczaçılıq şirkəti ilə birgə peyvəndləmədən sonra orqanizmdə anticisimlərin müəyyənləşdirilməsi üçün ekspres testi qeydiyyatdan keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin testin nəticəsi 15 dəqiqə ərzində məlum olacaq.

Nəticələrin 96 faiz dəqiqliklə açıqlandığı bildirilir.

Qeyd olunur ki, ekspres testin reagentləri "Sputnik V" vaksininə uyğunlaşdırılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941003.html