İsrailli jurnalistlərin Ağdama səfəri başlayıb - FOTO

 14:31 19.04.2021     32

İsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qut Ağdamda səfərdədirlər.

İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla tanış olacaqlar.

Qeyd edək ki, hər iki jurnalistin sabah Füzuli, Zəngilan və Qubadlıya da səfərləri baş tutacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/941078.html