Bayramov misirli həmkarına başsağlığı verdi

 14:35 19.04.2021     35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qahirədə baş verən qatar qəzasında çoxsaylı insan ölümünə görə misirli həmkarına başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə nazir Tvitter səhifəsində paylaşıb.

“Qahirənin şimalında bir çox insanın həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığımızı çatdırır, yaralılara isə tezliklə sağalmalarını arzu edirik”, - C.Bayramov vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/552873.html