FTX-dən əməliyyat: Qafqazda gizli silah müəssisələri aşkarlandı

 14:41 19.04.2021     33

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın 21 regionunda gizli silah müəssisələrinə qarşı irimiqyaslı reyd keçirib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində 222 müxtəlif ölçülü silah, artilleriya mərmisi və qumbaralar ələ keçirilib. Bununla bərabər 55 şəxsin cinayətkar fəaliyyətinin qarşısının alındığı bildirilib.

Əməliyyatlar Moskva, Pskov, İnquşetiya, Qaraçay-Çərkəz və digər bölgələrdə baş tutub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552896.html