Rusiyanın qarşısını almağa hazırıq - Kuleba

 14:47 19.04.2021     34

Ukrayna Rusiyanın həm siyasi-diplomatik, həm də hərbi aqressiyasının qarşısını almağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“2014-cü ildən fərqli olaraq, 2021-ci ildə Ukrayna və dünya hazırlıqlıdır. Kremlin nə düşünməsindən asılı olmayaraq, imkan verilməyəcək ki, bizi qəfil yaxalasın. Beynəlxalq koalisiyanın Ukraynaya dəstəkdəki birliyi Rusiyanı ağılsız addımlardan qaçmağa yardım edəcək”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552899.html