Toyuna bir gün qalmış qaçdı - Əsəbiləşdiriblər

 15:04 19.04.2021     34

Uqandanın Kampala şəhərində toya hazırlaşan bəylə bağlı kuryoz hal yaşanıb.

Milli.Az dailymonitor-a istinadən xəbər verir ki, toyuna bir gün qalmış bəyi əsəbiləşdirib özündən çıxarmaları qohum-əqrəbaya baha başa gəlib. Belə ki, Patrik Mbusa Kabaqambeni əsəbiləşdiriblər. O da qaçıb gizlənib.

Mobil telefonlarına da cavab verməyən bəyi polis və yaxınları da tapa bilməyib. Yalnız toydan iki gün keçmiş polisə gəlib.

Kamran
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941010.html