Rusiyadan onminlərlə azərbaycanlı qovula bilər?

 15:22 19.04.2021     32

Rusiyada qanunsuz olaraq yaşayan miqrantlar arasında ukraynalılar üstünlük təşkil edir. Çox güman ki, bu qərarın verilməsində Rusiya ilə Ukrayna arasındaki gərginliyin artması mühüm rol oynayır. Bu gərginlik fonunda bu qərar tək ukraynalılara aid edilə bilməzdi, ona görə də bütün ölkələrə şamil edilib və bu miqrantların 120 mini azərbaycanlıdır. Düşünmürəm ki, 120 min azərbaycanlının hamısı ölkəyə qaytarılacaq. Çox güman ki, onlar iyun ayına qədər olan müddət ərzində öz sənədlərini qaydasına salaraq leqal şəkildə Rusiyada qalacaqlar. Amma təbii ki, bu insanların müəyyən hissəsi qayıda bilər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Rusiya DİN-in MDB-yə üzv olan dövlətlərdən Rusiyada qeyri-leqan çalışan vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb etməsi barədə danışarkən qeyd edib.

O bildirib ki, ölkəyə qayıdanlar Azərbaycanda həm sosial gərginliyin, həm də işsizliklə bağlı problemin artmasında ciddi rol oynaya bilər:

“Buna görə də bu məsələ ilə bağlı ciddi iş görülməlidir. İş yerlərinin artırılması üçün kiçik və orta sahibkarlıq proqramlarına dəstək genişləndirilməlidir. Ölkədə rəqabətli mühit yaradılması üçün işlərin artırılmasında xeyir var. Kiçik və orta sahibkarlığa vergi güzəştləri də artırıla bilər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/552903.html