Qarabağa göndərilən əsgər valideynləri Nikolla görüşəcək

 15:31 19.04.2021     33

Qarabağda həqiqi hərbi xidmət keçən əsgərlərin valideynləri Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Axar.az xəbər verir ki, valideynlər artıq hökumət binası qarşısında toplaşıblar.

Onlar övladlarının xidmət müddətinin qısaldılması və Ermənistana qaytarılmasını tələb edirlər.

Qeyd edək ki, bu fakt 10 noyabr 2020-ci il bəyanatının şərtlərini Ermənistanın icra etməməsinin sübutudur. Bəyanata əsasən, Ermənistan Qarabağdakı hərbi birliklərini geri çəkməli idi. Buna baxmayaraq, Ermənistandan “həqiqi hərbi xidmət üçün” Qarabağa əsgər göndərilməsi qanunsuz olaraq davam edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/552913.html