Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb

 16:04 19.04.2021     37

Bu gün Yaponiyanın NEXİ (Nippon İxracın və İnvestisiyanın Sığortası) şirkəti ilə (sədri və baş icraçı direktoru Atsuo Kuroda) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Yaponiyanın Azərbaycandakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, memorandumun imzalanma mərasimi onlayn şəkildə baş tutub.

Bu anlaşma memorandumunun məqsədi Yaponiya ilə Azərbaycan arasında ticarətin təbliği ilə bağlı əməkdaşlıq, hər iki ölkə şirkətlərinin qarşı tərəfin ölkə bazarlarında inkişaf imkanlarını artırmaqdır.

NEXİ şirkəti indiyədək Yaponiyanın Azərbaycana ixrac prosesinə dəstək olaraq ticarət sığortası təqdim etmişdir.

Yeni imzalanmış anlaşma ilə NEXİ şirkəti özəl sektor əsasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi üçün gərəkli biznes mühitinin yardılmasını təmin edəcəkdir. NEXİ şirkəti xarici hökumətlərlə ixrac və investisiya üçün əlaqələrin genişləndirilməsini həyata keçirməklə, yapon şirkətlərinin xarici bazarlarda biznes əməliyyatlarına aktiv şəkildə dəstək olmağa davam edir.

Anlaşma Memorandumunda toxunulmuş əsas məqamlar:
1. Hər iki ölkə və qonşu region ölkələrində siyasi, iqtisadi və bazar şərtləri haqqında qarşılıqlı informasiya mübadiləsi
2. NEXİ şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının təlimləri
3. Ticarət sığortası biznes imkanları haqqında qarşılqlı fikir mübadiləsi

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/941035.html