İrəvan-Ankara danışıqları aparılır? – Ayvazyan

 16:10 19.04.2021     45

İrəvan və Ankara arasında heç bir danışıqlar aparılmır.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan və Türkiyə arasında danışıqlar aparılmır və aparılması nəzərdə tutulmayıb”, – deyə o bildirib.

Ayvazyan qondarma “erməni soyqırımı”nın tanıdılması məsələsinin Ermənistan Xarici İşlər Nazirliyinin əsas vəzifələrindən biri olduğunu deyib.

Qeyd edək ki, erməni müxalifləri Ermənistanın Türkiyə ilə gizli danışıqlar apardığı haqda vaxtaşırı olaraq bəyanatlar verirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552920.html