Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb

 16:19 19.04.2021     36

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə Qax rayonu Sarıbaş kəndinin yaxınlığında qanunsuz ovla bağlı daxil olan məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən 6 nəfər saxlanılıb.

Xidmətin rəisi Hikmət Əlizadə Milli.Az-a bildirib ki, həmin şəxslərin silahlı olduğunu və Dağıstan turunun ovlanmasına ciddi şübhələr yarandığını nəzərə alaraq tərəfimizdən dərhal Qax rayon polis şöbəsinə müraciət olunub və ovçulara məxsus silahlar, müvafiq sübutlar polis şöbəsinə təqdim edilib.

"Polis şöbəsi tərəfindən ilkin araşdırma aparıldıqdan sonra təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/941036.html