Çexiya şokda: Rusiyanın cavabı ağır oldu

 16:22 19.04.2021     35

Rusiyanın Çexiyaya cavabı gözləniləndən ağır oldu.

Axar.az xəbər verir ki, bunu Çexiya Baş nazirinin müavini Yan Qamaçek deyib.

Onun sözlərinə görə, Çexiya bununla əlaqədar gələcək mümkün fəaliyyətləri tədqiq edəcək:

“Mən baş nazirə gələcək fəaliyyətlər üçün təklifimizi hazırlamışam”, - deyə o bildirib.

Qamaçek Rusiyanın atdığı addımla Çexiya səfirliyinin fəaliyyətinin iflic olduğunu deyib:

“Çexiyanın Moskvadakı səfirliyinin ştatı böyük deyildi. Bu, təxminən 30 əməkdaşdan ibarət idi. Bu addım səfirliyin fəaliyyətini iflic etdi. İndi orada təkcə konsulluq bölməsi çalışır”.

Qeyd edək ki, bundan öncə Çexiya Rusiyanın ölkədən 18 diplomatını çıxarmaq barədə qərar qəbul etmişdi. Moskva buna cavab olaraq ölkədən Çexiyanın 20 diplomatını çıxarır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552918.html