SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - KƏSKİN AZALDI

 16:32 19.04.2021     33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 1661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sehiyye/353362.html