Ölkəmizdə koronaya yoluxanların sayı kəskin azaldı

 16:34 19.04.2021     33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 1661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib. 31 953 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 955, bu günə qədər isə ümumilikdə 3 114 879 test icra olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/552937.html