YAP-ın inzibati binası icarəyə verildi

 16:51 19.04.2021     44

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon Təşkilatının birinci mərtəbəsi icarəyə verilib.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, binanın birinci mərtəbəsi aylıq 4 min manat qarşılığında iki ildir ki, kurslara kirayəyə verilib.

Xəbəri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev təsdiqləyib.

Qeyd edək ki, Təmraz Tağıyev həmçinin Nərimanov rayon bələdiyyəsinin sədridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/552936.html