Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb

 16:56 19.04.2021     39

Azərbaycan Belarusdan 550 traktor alacaq, bununla bağlı müqavilə imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarusun sənaye naziri Pyotr Paxomçik deyib.

Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:

"Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır. "

Onun sözlərinə görə, Bakı traktorların alınması üçün Minsklə 9 milyon dollar məbləğində müqavilə imzalayıb:

"Hazırda "Belkommunmaş" müəssisəsinin istehsalı olan 4 elektrobusun sınaqları davam edir. Bu sınaqların nəticələri əsasında həmin nəqliyyat vasitələrinin istehsalını təşkil edəcəyik. Biz Azərbaycanı təmin etməklə yanaşı, İran və Türkiyə bazarlarına çıxış əldə etməyi planlaşdırırıq".

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/941179.html