Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

 17:13 19.04.2021     22

9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.  

Milli.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş  günləri olacaq. İş  mayın 16-dan başlayacaq. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/941189.html