Qaribaşvili razılaşmadan yazdı: Kritik addım...

 01:31 20.04.2021     52

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının nümayəndələri ilə müxalifət arasında siyasi böhrandan çıxmaqla bağlı razılığın imzalanması demokratiyanın möhkəmləndirilməsi yolunda kritik bir addımdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Feysbuk səhifəsində yazıb.

"Biz demokratiyanın möhkəmləndirilməsi yolunda vacib addım atdıq. Bu, Gürcüstanın qələbəsidir. Mən Avropa Şurasının prezidenti Şarl Mişelə, ABŞ səfiri xanım Deqnan Kelliyə, Avropa İttifaqının səfiri cənab Karl Hartselə, cənab Kristian Danielsona və bu razılaşmanın imzalanmasında əməyi olan hər kəsə təşəkkür edirəm, - Qaribaşvili yazıb.

Qeyd edək ki, Gürcüstanın hakim və müxalifət partiyaları ölkədəki daxili siyasi böhrandan çıxmaqla bağlı Avropa Birliyinin təklif etdiyi müqaviləni imzalamaq üçün razılığa gəlib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553044.html