AŞPA-da azərbaycanlılar və ermənilər sakitliyə çağırıldı

 01:51 20.04.2021     55

AŞPA-da quruma üzv ölkələrin nümayəndələrinə nifrət ritorikası ilə bağlı təhdidləri ciddi şəkildə nəzərdən keçirməyə çağıran qətnamə qəbul olunub.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, debatda iştirak edənlərin hamısı qətnaməni dəstəkləyib.

Amma qətnaməyə baxmayaraq, ukraynalı parlamentarilər rusdilli əhalinin maraqlarının qorunması adı altında Rusiyanı Ukraynanın işlərinə müdaxilə etməkdə ittiham ediblər.

Bundan başqa, iclasın sədri bir neçə dəfə Qarabağdakı postmünaqişə ilə bağlı qarşılıqlı tənqidə keçən Ermənistandan və Azərbaycandan olan deputatlara da çağırış edib.

Qeyd edək ki, qətnamə və çağırışla bağlı hələlik rus mediasından başqa təfərrüatlı və səhih məlumat yayan qurum yoxdur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/553047.html