Stresin ciddi fəsadları ÜZƏ ÇIXDI

 06:46 20.04.2021     40

"Stresin səbəb olduğu fiziki və ruhi xəstəliklər getdikcə artır".

Publika.az xəbər verir ki, bunu türkiyəli həkim Obengül Ejder deyib.

O bildirib ki, reflüks, hipertaniya, damar sərtliyi, miqren, şəkər xəstəliyi, xərçəng və daha bir çox xəstəliyin əsl səbəbinin stressdir:

"Stresin immunitet sistemi ilə birgə bədənin bütün sistemlərinə mənfi təsir göstərir. Orqanizm streslə sıx və uzun müddət qarşı-qarşıya qaldıqda adaptasiya ola bilmir və tükənmə dövrü başlayır. Bu dövrdə bir sıra sinir və endokrin sistem hormonları dövrəyə girərək tarazlıqların pozulmasına səbəb olur. Stres immunitetlə bərabər bədənin bütün orqanlarına mənfi təsir edir” deyə bildirib".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sehiyye/353414.html