Həkimi 1570 fərqli nömrədən zəng edərək, təhdid etdi

 12:44 20.04.2021     43

Türkiyənin Kiliste ərazisində qadın həkimi  7 ildə  1570 dəfə fərqli nömrələrdən zəng edərək, təhdid edən şəxs saxlanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, 19 yaşında olarkən Hacer Dəmirəl universitet hazırlığına getdiyi kursda  Cəbrayıl Canla tanış olub. Platonik eşq yaşayan Can, Hacer universitetə qəbul olduqdan sonra onun izini itirib. Lakin Can Hacerin nömrəsinə dəfələrlə zəng edərək, sevdiyini   söyləyib.  Hər dəfəsində  yox cavabı  alan Can qızı axtarmağa başlayıb.

Hacer Dəmirəl universiteti bitirib, Kilistedə xəstəxanaların birində  həkim vəzifəsində  çalışıb.  Can onun izini taparaq qarşısına çıxıb.  Yenə yox cavabı  alan Can bu dəfə fərqli yola əl atıb.  O, həkimə fərqli nömrələrdən 7 ildə  1570 dəfə zəng edərək, təhdid edib.  

Bundan sonra qadın şübhəli şəxsi poliə verib.  Canın barəsində qətimkan tədbiri seçilib. Şəxsin 20 ilə qədər həbs olunacağı söylənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941294.html