Maya Sandu dövlət dilinin adını dəyişməyi təklif etdi

 12:51 20.04.2021     48

Moldova Prezidenti Maya Sandu parlamentə dövlət dilinin “moldavan” yerinə “rumın dili” adlandırılması ilə bağlı məsələni müzakirəyə çıxarmağı təklif edib.

Axar.az xəbər verir ki, Sandu ölkənin Konstitusiya Məhkəməsinin 2017-ci ildə konstitusiyaya dillə bağlı düzəlişin edilməsi haqqında qərarının olduğunu, amma parlamentin hələ də bu təşəbbüsü nəzərdən keçirmədiyini bildirib.

Qeyd edək ki, moldovan dili rumın dilinin rəsmi dialekti sayılır. Belə ki, müstəqillik aktında ölkənin rəsmi dili rumın dili göstərilsə də, konstitusiyada moldovan dili yazılıb.

Dövlət dilinin adının dəyişdirilməsinə qarşı hazırda ən çox rusiyayönlü keçmiş prezident İqor Dodonun Sosialistlər Partiyası çıxış edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553112.html