Tanınmış şəxs dövlət qurumunda yüksək vəzifəyə təyin edildi

 12:55 20.04.2021     36

“Qurd” ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.

Publika.az xəbər verir ki, bu barədə BNA-dan məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Fərid Eminov BNA-da Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: “Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb”.

Qeyd edək ki, məlumatı ilk olaraq index.az saytı yayıb.

Xatırladaq ki, F. Eminov reper kimi fəaliyyətə 2000-ci ildə “Dəyirman” qrupunda başlayıb. 2005-ci ildə “Klan-A-Plan” qrupu yaradılıb və bu qrupun üzvü olub. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasına başlayıb. “Rəqs edir hər kəs”, “Tapın onu” , “Tək-tək”, ”Apar məni” və digər mahnıları var.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/353456.html