Gürcüstanda koronavirusa yoluxanların sayı 297 mini keçib

 12:59 20.04.2021     60

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 792 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 297 728, ölənlərin sayı isə 3 959 nəfərə çatıb.

Virusa yoluxanlardan 282 237 nəfərin sağaldığı bildirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941322.html