Merkeldən Qarabağ açıqlaması: Hörmət olunmalıdır!

 13:10 20.04.2021     52

Qarabağda baş verdiyi kimi, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zaman beynəlxalq hüquq normaları tətbiq edilməlidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlar dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməlidir. Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/553119.html