Minaya düşüb gözlərini və ayağını itirən ANAMA əməkdaşı: O ərazilərə icazəsiz getməyin - VİDEO

 13:43 20.04.2021     34

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Elməddin Mirzəyev Bərdə-Ağdam dəmir yolu xəttinin minalardan təmizlənməsi zamanı minaya düşüb.

Elməddin Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, 15 illik iş təcrübəsinə baxmayaraq, ermənilərin quraşdırdığı ölüm dəzgahının qurbanı olub:

"İki gözümü, bir ayağımı itirdimsə, deməli minadan anlayışı olmayan bir insan üçün bu daha təhlükəlidir. Bu səbəbdən də heç kim o ərazilərə icazəsiz getməyə cəhd etməsin. Çünki minaaxataranlar o yerləri məhz canı bahasına təmizləməyə çalışır".

Elməddin Mirzəyev əlavə edib ki, ermənilər ərazilərimizi ağlagəlməz şəkildə minalayıb: "Sanki minaları xalça kimi yerə döşəyiblər. Sürpriz minaların sayı-hesabı yoxdur. İnsan sadəcə dəhşətə gəlir".

Qeyd edək ki, Elməddin Mirzəyev yanvarın 29-da minaya düşüb, bir ayağını və iki gözünü itirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/941393.html