Avronest Parlament Assambleyasının komitə iclası keçirilib

 13:49 20.04.2021     40

Aprelin 19-da Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin onlayn iclası keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər.

İclasda "Enerji effektivliyinə, diversifikasiyaya və müstəqilliyə doğru; Avropa enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması" mövzusunda məruzənin təqdimatı keçirilib. Məruzə ilə bağlı çıxış edənlər enerji müstəqilliyi və təhlükəsizliyi məsələlərindən danışıblar, məsələ ilə bağlı fikirlərini bildiriblər.

Gündəliyin növbəti məsələsi - "Avropa Yaşıl Paktı və onun Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi və dayanıqlılığının artırılmasına təsirləri və imkanlar" barədə çıxış edənlər yaşıl enerjinin inkişaf etdirilməsi, iqtisadiyyatın və enerji sistemlərinin dekarbonizasiyası problemlərindən danışaraq bu istiqamətdə mümkün əməkdaşlıq çərçivələri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bununla da komitənin iclası başa çatıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/941333.html