Azərbaycanlı ər uğunda məşhurların davası səngimir - FOTO

 14:04 20.04.2021     39

Azərbaycanlı iş adamı Rza Zərrabla adı hallanan türkiyəli müğənni Hadisənin sevgilisindən ayrıldığı iddia olunur.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Ebru Gündeşin boşanma davası açdığı Zərrabla sevgi yaşadığı deyilən ifaçı iddiaları yalanlayıb. Belə ki, Hadisə sevgilisi Kaan Yıldırımı  ilk dəfə İnstaqramda izləyərək bunu sübut etməyə çalışıb. Eyni addımı Kaan Yıldırım da atıb. Cütlük bu yolla ayrılmadıqlarını göstərmiş olublar.

Qeyd edək ki, ötən gün Ebru Gündeş azərbaycanlı iş adamı Zərrabın onu başqa qadınlarla aldatdığını demişdi. İddiaya görə, həmin qadınlar arasında tanınmış müğənni Hadisə də var. İfaçı isə qarşılığında "Bu günə qədər qarşılaşdığım bütün təhqirlərə, tənqidlərə və böhtanlara səbrlə yanaşmağa çalışdım. Amma bu qədər olmaz! Heç kim mənim şərəfimi ləkələyə bilməz. Mənə bunu yaşadanları məhkəməyə verəcəm" - deyərək yayılan məlumatları təkzib etmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/941331.html