Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq

 14:09 20.04.2021     33

Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi koronavirusun tədqiqatları üçün 1,6 milyard avro vəsait ayıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlik bildirib.

Həmin məbləğin təxminən 627 milyon avrosu koronavirus vaksininin hazırlanması ilə məşğul olan "BioNTech" və "CureVac" əczaçılıq şirkətlərinə veriləcək.

Bu vəsait Almaniya hökumətinin ötən il ayırdığı 2,9 milyard vəsaitə əlavə olaraq təqdim olunur.

Qeyd olunur ki, Almaniyanın İnfeksion Xəstəliklərin Tədqiqi Mərkəzi 32 milyon avro, Almaniya İnfeksiya Araşdırmaları Mərkəzi isə 5,8 milyon avro vəsait əldə edəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941336.html