Şarl Mişel: "Gürcüstanda siyasi böhran sona çatır"

 23:31 20.04.2021     54

“Gürcüstanda siyasi böhran sona çatır və siyasi fəallıq artıq dayanıqlı xarakter alıb”.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstan iqtidarı və müxalifəti arasında imzalanmış razılaşma yeni mərhələnin başlanğıcıdır: “Yeni mərhələ Gürcüstanın Avropa İttifaqına inteqrasiyası yolunda böyük işlər tələb edir”.

S.Mişel qeyd edib ki, razılaşma gələcək islahatlar, Aİ və Gürcüstan arasında sıx əməkdaşlıq üçün yaxşı zəmin yaradır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/353520.html