Ramazanın 7-ci günü: duası, imsak və iftar vaxtı

 23:53 20.04.2021     52

Sabah Ramazan ayının 8-ci günüdür.

Axar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 04:22, iftar isə saat 19:40-a təyin olunub.

Ramazan ayının 8-ci gününün duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi:

“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”

Allah orucunuzu qəbul etsin!


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/553279.html