Bakıda yaşayış binasında YANĞIN: Təxirəsalınmaz tədbirlər görülür

 23:53 20.04.2021     48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Publika.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, binanın üçüncü mərtəbəsində elektrik naqilləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353522.html