Zelenskidən Putinə təklif: "Donbasın istənilən nöqtəsində görüşək..."

 00:13 21.04.2021     52

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüşməyi təklif edir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Cənab Putin, mən sizə Donbasın müharibə gedən istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Ukrayna lideri söyləyib.

Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

Bildirək ki, donbasda münaqişə 7 ildir ki, davam edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/353523.html