Gürcüstanın turizmdən gəliri artmağa başladı

 01:11 21.04.2021     48

Bu ilin mart ayında Gürcüstan turizmdən 29,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə gəlirin həcmi 15,8 milyon ABŞ dolları və yaxud 2,1 dəfə artıb.

Ötən ilin eyni ayı ilə müqayisədə isə gəlirdə 60 % azalma qeydə alınıb.

Martda Gürcüstanın qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 67,8 % azalaraq 63,3 min nəfər təşkil edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/353526.html