Bakıda torpaq qiymətlərində kəskin bahalaşma

 01:20 21.04.2021     50

Bakıda mart ayında torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Axar.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Bakıda torpaq bazarında orta qiymət 20719 manat/sot olub.

Onun sözlərinə görə, qiymətlərdə 4,42 faiz bahalaşma qeydə alınıb.

Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/553293.html